Şəki Open beynəlxalq şahmat festivalı yenidən Marxal Resort & Spa-da keçiriləcək

Azərbaycanın ən nüfuzlu şahmat tədbirlərindən biri olan Şəki Open beynəlxalq şahmat festivalı bu il də ənənəsinə sadiq qalaraq Şəki şəhərində yerləşən Marxal Resort & Spa otelində təşkil olunacaq. Təbii gözəlliyi və yüksək səviyyəli infrastrukturu ilə seçilən bu məkan artıq 2-ci ildir ki, festivalın əsas ev sahibliyini edir.

Turnir keçən il olduğu kimi bu dəfə də yerli və xarici qrossmeysterləri, peşəkar və həvəskar şahmatçıları bir araya gətirəcək. Yarış çərçivəsində müxtəlif yaş və reytinq qrupları üzrə oyunların keçirilməsi planlaşdırılır ki, bu da tədbirin daha geniş auditoriyanı əhatə etməsinə şərait yaradır.

Mütəxəssislər hesab edir ki, Şəki Open beynəlxalq şahmat festivalı təkcə idman yarışı deyil, eyni zamanda Azərbaycanın turizm potensialının tanıdılması baxımından da mühüm rol oynayır. Xüsusilə Şəki kimi tarixi və mədəni zənginliyə malik bir şəhərdə keçirilməsi tədbirə əlavə dəyər qatır.

Təşkilatçılar bildirirlər ki, bu ilki festivalda iştirakçı sayı və beynəlxalq marağın daha da artacağı gözlənilir. Yarışın detalları və qeydiyyat prosesi ilə saytın menyusunda tanış olmaq olar.